Millimiz AÇ-2016-nın start matçında rüsvay oldu

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi start götürür. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə 2 qrupda 4 qarşılaşma baş tutub.

Şübhəsiz ki, futbolsevərlərimizin bütün diqqəti Portuqaliya ilə qarşılaşacaq millimizin oyununa yönəlmişdi. Amma millimiz başlanğıcda biabırçı məğlubiyyətlə üzləşdi – 0:5. “A” qrupunun digər oyununda da Belçika Şotlandiya üzərində inamlı qələbəyə sevindi – 2:0.

“B” qrupunda Avstriya Bosniya və Hersoqovinaya 2 cavabsız qolla qalib gəldiyi halda, Ukrayna və Almaniya yığmalarının duelində qalib müəyyənləşmədi (2:2).

Həmin kateqoriyadan