Millimiz Afinaya yollandı

Avropa çempionatının seçmə qrup mərhələsində sabah səfərdə Yunanıstan yığması ilə qarşılaşacaq futzal millimiz dünən Bakı idman sarayında son məşqini keçirib. Allsport.az xəbər verir ki, futzalçılarımız bu gün saat 10:00-da çarter reysi ilə Bakıdan Afinaya yola düşüb.

Baş məşqçi Joze Alesio Da Silvanın rəhbərliyi altında millimiz oyunöncəsi son məşqini bu gün qarşılaşmanın keçiriləcəyi Daiis idman sarayında reallaşdıracaq. Heyətə gəldikdə, Amir Şojaei və Hadi Əhmədinin əvəzinə səfərə Oktay Rüstəmli aparılıb.

Yunanıstan – Azərbaycan oyunu fevralın 2-də, Bakı vaxtı ilə saat 20:00-da Afinadakı Daiis idman sarayında keçiriləcək.

Həmin kateqoriyadan