Poloçularımız Avropa çempionatının finalında Almaniya ilə qarşılaşacaq

Bu gün “Elit atçılıq və Polo klubu”nda polo üzrə Avropa çempionatının 1-ci mərhələsində sonuncu, 5-ci tura yekun vurulub. Allsport.az xəbər verri ki, açılış oyununda Almaniya komandası İsveçrə seçməsini 6:3 hesabı ilə məğlub edərək Avropa çempionatının finalında oynamaq hüququ qazanıb.

Ardınca meydana Azərbaycan və İspaniya komandaları çıxıblar. Görüş millimizin 9:3 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə seçməmiz qitə birinciliyinin ilk mərhələsində 100 faizlik nəticə ilə yadda qalıb.

5-ci tura İtaliya İrlandiya oyunu ilə yekun vurulub. Qarşılaşmada Apennin təmsilçisi 5:3 hesabı ilə qələbə qazanıb.

Beləliklə də sabah saat 19:30-da başlayacaq Avropa çempionatının finalında Azərbaycan və Almaniya komandaları üz üzə gələcəklər. Buna qədər isə 5-ci və 3-cü yerlər uğrunda görüşlər keçiriləcək. Saat 17:30-da İsveçrə və İtaliya komandaları 5-ci yerin, 18:30-da isə İspaniya və İrlandiya komandaları 3-cü yerin sahibini müəyyən edəcəklər.

Həmin kateqoriyadan