Azərbaycan son oyunda da uduzdu

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandası AÇ-2015-in elit mərhələsi çərçivəsində bu gün son matçına çıxıb. Allsport.az xəbər verir ki, millimiz qrupun digər uğursuzu Danimarka ilə üz-üzə gəlib.

Son oyun yığmamız üçün daha uğursuz alınıb. Futbolçularımız bu dəfə 3 cavabsız qolla uduzublar.

Həlledici oyunda isə meydan sahibi Fransa İngiltərə ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə isə fransızlar qalib gələrək, AÇ-nin final mərhələsinə vəsiqəni rəsmiləşdiriblər.

Qeyd edək ki, millimiz qrupdakı digər oyunlarında Fransaya 0:2, İngiltərəyə 0:1 hesabı ilə uduzmuşdu.

AÇ-nin elit mərhələsi
31 mart

Azərbaycan – Danimarka – 0:3

Azərbaycan: Tolqa Şahin, Qazıməhəmməd Qurbanov, Bəhlul Mustafazadə, Elgün Uluxanov, Yusif Nəbiyev, Budaq Nəsirov, Mirkamil Həşimli, Qismət Əliyev (Emin Zamanov, 71), Mahir Mədətov (Roman Hüseynov, 82), Elnur Cəfərov, Vadim Ağarəhimov (İlkin Sadıqov, 63).

Fransa – İngiltərə – 2:1

Qrupdakı vəziyyət belədir: Fransa – 9, İngiltərə – 6, Danimarka – 3, Azərbaycan – 0.

Həmin kateqoriyadan