Millimiz İspaniya futzalçılarına məğlub olub

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının final mərhələsində 2-ci oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, komandamız Kolumbiyanın Medellin şəhərindəki “Coliseo Ivan de Bedout” idman kompleksində İspaniya yığması ilə qarşılaşıb.

Görüş 4:2 rəqibin xeyrinə bitib. Qarşılaşmanı Alessandro Malfer (İtaliya) idarə edib. Xatırladaq ki, futzalçılarımız ilk oyunda mərakeşli həmkarlarını 5:0 hesabı ilə üstələyib.

Həmin kateqoriyadan