- Baxış sayı: 44
- 15 Aprel 2026 16:32
- Baxış sayı: 55
- Aprel 16, 2026
- 0

U-23 Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub. Allsport.az xəbər verir ki, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi ilə millimiz 1 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıb. Komandamız 170 xalla Avropa ikincisi olub.
Seçməmiz yalnız Rusiyadan (199) geri qalıb və 3-cü yeri tutan Ermənistanı 54 xal qabaqlayıb. 170 xal U-23 yaş qrupu üzrə Avropa çempionatlarında sərbəst güləş üzrə millimizin ən yüksək xal göstəricisidir.
Milli üzvlərindən Əli Sokayev (92 kq) qızıl, Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Səbuhi Əmiraslanov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıb.