Millimiz Slovakiyaya itkilərlə yollandı

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 8-də Levitse şəhərindəki idman zalında Slovakiya yığması ilə qarşılaşacaq futzal millimiz bu gün səfərə çıxıb. Allsport.az xəbər verir ki, “Astrum Laus” hotelində məskunlaşacaq millinin heyətində itkilər var.

Zədəli olan Bolinya və Hadi Əhmədi bu görüşdə komandaya kömək edə bilməyəcək. Buna görə də Joze Alesio Da Silva 3-ü qapıçı olmaqla bu matçda 12 futzalçının xidmətindən istifadə edəcək.

Slovakiya ilə qarşılaşma aprelin 8-i Bakı vaxtı ilə 18:00-da keçiriləcək.
 
1 Rövşən Hüseynli  – Araz-Naxçıvan
2 Emin Kürdov – EKOL
3 Cavad Məmmədov – Neftçi İK
4 Xətai Bağırov – Araz-Naxçıvan
5 Rizvan Fərzəliyev – Araz-Naxçıvan
6 Fineo De Araujo – Araz-Naxçıvan
7 İsa Atayev – Araz-Naxçıvan
8 Amir Şojaei – Araz-Naxçıvan
9 Ramiz Çovdarov – Araz-Naxçıvan
10 Tofiq Mikayılov – EKOL
11 Eduardo Borges – ACCSS FUTSAL (Fransa)
12 Everton Kardoso – Levante (İspaniya).

Həmin kateqoriyadan