- Baxış sayı: 66
- 06 Noyabr 2026 14:54
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayev istefa verib. Allsport.az xəbər verir ki, onun belə addım atmasına milli komandamızın AÇ-nin elit mərhələsində uğursuz çıxışı səbəb olub.
Qeyd edək ki, Azərbaycan yığması Bakıda keçirilən qrup oyunlarında Xorvatiya və Serbiyaya 0:4, Portuqaliyaya isə 0:3 hesabıyla uduzub.
İsayev bu gün keçirilən Serbiya ilə son oyunun ardından bəyan edib ki, istefasında qərarlıdır və AFFA onu postunda saxlamağa çalışsa da, razılaşmayacaq.