Millimizin DÇ-2020-dəki oyunlarının başlama vaxtı açıqlandı

DÇ-2020-nin elit-raundunda mübarizə aparacaq futzal millimizin oyunlarının keçiriləcəyi tarix və başlama saatı açıqlanıb.

Allsport.az xəbər verir ki, bütün matçlar Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt arena”da keçiriləcək. İlk matçda meydan sahibləri ilə üz-üzə gələcək komandamız daha sonra Rusiya və Slovakiya ilə münasibətlərinə aydınlıq gətirəcək. C qrupunun oyunlarının təqvimini və matçların başlama saatlarını diqqətinizə çatdırırıq:

29 yanvar
20:00 Rusiya – Slovakiya
23:00 Xorvatiya – Azərbaycan

30 yanvar
20:00 Azərbaycan – Rusiya
23:00 Xorvatiya – Slovakiya

1 fevral
20:00 Slovakiya – Azərbaycan
23:00 Rusiya – Xorvatiya

Qrup qalibiləri final mərhələsinə yüksələcək. İkinci pilləni tutacaq komandalar aprel ayında keçiriləcək pley-off oyunlarında üz-üzə gələcək. C qrupunun ikincisi D, B qrupunun ikincisi isə A qrupunun ikincisi ilə qarşılaşacaq.

Həmin kateqoriyadan