- Baxış sayı: 124
- 03 Aprel 2026 16:29
- Baxış sayı: 127
- May 04, 2026
- 0
Almaniya ikinci Bundesliqasında 26-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna” da növbəti matçına çıxıb.
Düsseldorf klubu doğma meydanda “Darmştadt”la qarşılaşıb. Matç 2:0 hesabıyla “Fortuna”nın xeyrinə başa çatıb. Ərat matçın 69-cu dəqiqəsindən etibarən meydanda olub.
Qeyd edək ki, Əratın komandası hazırda 39 xalla 5-ci pillədə qərarlaşıb.