Millimiz xorvatlara uduzdu

Futzal millimiz dünya çempionatının elit-raund mərhələsi çərçivəsində ilk oyununu keçirib.

Allsport.az xəbər verir ki, yığmamız Osiek şəhərindəki “Qradski vrt Arena”da Xorvatiya millisi ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub. “C” qrupunun digər matçında Rusiya Slovakiyaya 7:1 hesabı ilə qalib gəlib.

Yığmamız bu gün saat 20:00-da Ruisya ilə qarşılaşacaq.

23:00 Xorvatiya – Azərbaycan – 2:0
Qollar: Luka Periç, 03:02, Franko Yelovçiç, 37:43
Hakimlər
: Ancelo Qalante, Nikola Manzione, Alessandro Malfer.

Həmin kateqoriyadan