Millimizin Moldova ilə oyununun hakimləri

Futzal üzrə millimizin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə qarşılaşacağı matçın hakimləri məlum olub. Allsport.az xəbər verir ki, görüşü italiyalı Culio Kolombin idarə edəcək.

Ona San Marinodan olan Daniele Dadamo kömək edəcək.

Martın 4-də Bakı idman sarayında keçirləcək Azərbaycan – Moldova görüşü saat 19:00-da başlayacaq.

Azərbaycan yığması yer aldığı 3-cü qrupda 6 xalla liderdir.

Həmin kateqoriyadan