Millimizin rəqibi İngiltərə ilə sülh bağladı

Ötən gecə dünyanın yaşıl meydanlarında bir sıra yoxlama görüşləri keçirilib. Allsport.az xəbər verir ki, AÇ-2016-nın seçmə mərhələsində millimizin rəqiblərindən olan İtaliya sınaq matçına çıxıb.

Antonio Kontenin komandası İngiltərə yığması ilə münasibətlərinə aydınlıq gətirib. Görüş 1:1 hesabı ilə başa çatıb. İtaliyalıların yeganə qolunu Qratsiano Pelle vurub.

Yoxlama oyunu
31 mart

İtaliya – İngiltərə – 1:1
Qollar: Qratsiano Pelle, 29 – Andros Taunsend, 79.

Millimizin rəqibi bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Canluici Buffon, Leonardo Bonuççi, Corco Kyellini (Emiliano Moretti, 72), Andrea Ranokkya, Matteo Darmian (Luka Antonelli, 73), Marko Valdifyori (Marko Verratti, 67), Alessandro Florensi (İqnasio Abate, 60), Marko Parolo, Qratsiano Pelle (Çiro İmmobile, 61), Eder (Françesko Vaskes, 61), Roberto Soriano.

Həmin kateqoriyadan