Millimizin rəqibi Rumıniya ilə sülh bağladı

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqibi olan Bolqarıstan yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan bolqarlar Rumıniya yığması ilə qarşılaşıblar.

Antalyada baş tutan görüşdə qol vurulmayıb – 0:0.

Bolqarıstan yığması bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Bojidar Mitrev (Blaqoy Makenciyev, 46), Vençislav Vasilyev, Aleksandr Aleksandrov, Borislav Stoyçev, Petr Zanev (Mixail Venkov, 46), Svetoslav Dyakov, Vladimir Qadjev (Lçezar Baltanov, 46), Stanislav Manolev (Kiril Despodov, 90), Mixail Aleksandrov, Kristiyan Malinov (Stefan Velev, 64), İsmail İsa (Radoslav Vasilyev, 70).

Həmin kateqoriyadan