- Baxış sayı: 108
- 26 İyul 2026 19:18
- Baxış sayı: 91
- Avqust 10, 2026
- 0

Futzal millimiz indiyə qədər Rusiya yığmasını məğlub edə bilməmişdi.
Allsport.az xəbər verir ki, DÇ-2020-nin elit-raud mərhələsi çərçivəsində “Qradsk arena”da keçirilən matçın nəticəsi bir ilki tarixin səhifəsinə həkk etdi. 4:3 hesablı qələbə həm də bu komanda ilə duellərdəki uğursuzluğa son qoydu.
Dünya futzalının liderlərindən olan Rusiya ilə indiyədək 8 qarşılaşma baş tutub. Azərbaycan millisinin ən böyük uğuru heç-heçə olub. 7 dəfə uduzan yığma dəfələrlə böyük hesabla darmadağına üzülüb. Bu dəfə isə Joze Alesionun kollektivinin tarixdə ilk dəfə belə güclü rəqibə qalib gəlib.