Millinin 2 oyun üçün heyəti

DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 15-də səfərdə Rumıniya, 5 gün sonra Bakıda Niderland yığması ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşqi başlayıb. Allsport.az saytı xəbər verir ki, paytaxt toplanışından sonra futzalçılarımız ayın 13-də Bakı-İstanbul-Buxarest hava reysi ilə səfərə yollanacaq.

2 gün oyunun keçiriləcəyi Buzau şəhərindəki “Romeo Lamadi” arenada çalışacaq komandamız matçın ertəsi gün Bakıya dönəcək. Sentyabrın 17-dən 20-dək hazırlığını Bakı idman sarayında davam etdirəcək. Baş məşqçisi Vitali Borisov toplanışa bu futzalçıları dəvət edib:

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau” Qazaxıstan)

Oyunçular: Xətai Bağırov, Amadeu, İsa Atayev, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadı Əhmədi (“Aktobe” Qazaxıstan), Amir Şocaei (“Neftçi” İK), Everton Kardoso “Qallo” (“Manzanares” İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA Belçika), Oktay Rüstəmli (“Baku Fire”).

Həmin kateqoriyadan