Millinin baş məşqçisi və qapıçısı “Xocalıda can qaldı” adlı sərgidə

Futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva, yığmanın qapıçısı Rövşən Hüseynli, ümumittifaq dərəcəli futbol hakimi Rüstəm Rəhimov İstiqlal muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalıda can qaldı” adlı sərgi ilə tanış olublar. Allsport.az xəbər verir ki, qonaqları salamlayan muzeyinin icraçı direktoru Sədi Mirseyibli eksponatlar və guşələrlə bağlı maraqlı faktları onların diqqətinə çatdırıb.

Rövşən Hüseynli millinin heyətində debüt matçında geyindiyi formanı muzeyə hədiyyə edib.

Sonda muzey kollektivinə təşəkkür edən iştirakçılar qeyd dəftərinə öz ürək sözlərini yazıblar.

Həmin kateqoriyadan