Millinin elit-raund üçün yekun heyəti

Dünya çempionatının elit-raund mərhələsində iştirak edəcək futzal millimiz yanvarın 25-dən fevralın 2-dək Xorvatiyanın Osiek şəhərində təlim-məşq toplanışı və rəsmi oyunlar keçirəcək. Allsport.az xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva millinin yekun heyətini açıqlayıb:

Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Əmir Şojay, İsa Ataev, Ramiz Çovdarov, Xətai Bağırov (hamısı “Araz”), Emin Kürdov (EKOL) , Vassura, Conatan Luis de Angelis (hər ikisi “Əl Ərəbi”, Küveyt), Rafael Vilela (“Palma”, İspaniya), Eduardo (“AGKOS Futsal”, Fransa), Tiaqo Bolonya (“Norilsk Nikel”, Rusiya), Eşəq Surqəli (“Azərəşş”, İran) və Everton Kardozo (“Levante”, İspaniya).

29 yanvar
23:00. Xorvatiya – Azərbaycan

30 yanvar
20:00. Azərbaycan – Rusiya

1 fevral
20:00. Slovakiya – Azərbaycan.

Həmin kateqoriyadan