Miltinyo: “Artıq bütün fikrimizi növbəti oyuna hazırlaşmağa yönəldəcəyik”

Futzal üzrə dünya çempionatının 1/8 final mərhələsində Tailand – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Miltinyo açıqlama verib. Allsport.az saytı sizi onun qələbə şərhi ilə tanış edir:

“Çox maraqlı, bir qədər də, belə demək mümkünsə, qeyri-adi hesabla yekunlaşan oyun oldu. Qarşılaşmanın gedişi bir neçə dəfə dəyişdi. Həm hesab, həm də oyunun xarakteri baxımından.

Bizim də, rəqibimizin də üstün olduğu məqamlar vardı. Lakin ən vacibi budur ki, qələbə qazandıq və dünya çempionatında irəliyə doğru daha bir addım ata bildik. Artıq bütün fikrimizi növbəti oyuna hazırlaşmağa yönəldəcəyik”.

Həmin kateqoriyadan