Miltinyo: Rəqib bizə nisbətən yaradılan qol epizodlarından daha dəqiq istifadə etdi

Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilən Azərbaycan – İspaniya oyunundan sonra milli komandamızın baş məşqçisi Miltinyo fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, 2:4 hesablı məğlubiyyəti belə şərh edib:

“Ümumilikdə, yaxşı oyun oldu. Biz də yaxşı oynadıq. Amma belə qarşılaşmalarda nəticəni kiçik detallar həll edir. Bugünkü oyunun nəticəsini müəyyənləşdirən əsas amil ispanların bizə nisbətən yaradılan qol epizodlarından daha dəqiq yararlanması oldu. Biz əldə etdiyimiz şanslardan istifadə edə bilməyəndə, dərhal rəqibin ciddi təzyiqi ilə üzləşirdik”.

Həmin kateqoriyadan