Miltinyu həmyerlilərini yığmamıza gətirir

Azərbaycan futzalçıları sentyabrda Kolumbiyada keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Miltinyu yığmamıza bir neçə yeni futbolçu cəlb edib.

Bunlar braziliyalı Qarsiya Klaudio Luis və Everton Kardozodur. Hər 2 oyunçu hazırda baxışdadır. Adı çəkilənlər daha öncə müvafiq olaraq Braziliyanın “Keyma” və “Jaraqua” klublarından çıxış ediblər.

Onlar bəyənilsə, “Araz” klubunda da çıxış etmək şansı qazanacaqlar.

Həmin kateqoriyadan