Mirbağır İsayev: “Bu, oyunun qırılma nöqtəsi oldu”

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit mərhələsində keçirilmiş Xorvatiya – Azərbaycan oyunundan (4:0) sonra hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, millimizin çalışdırıcısı Mirbağır İsayev bunları söyləyib:

“Təbii ki, hesab bizi qane etmədi. Bizə mütləq 3 xal lazım idi. Əfsuslar olsun ki, böyük hesabla uduzduq. İki fərqli hissə izlədik. Birinci hissədə komanda meydanın hər qarışı uğrunda mübarizə apardı. Fasilədən sonra, ikinci və üçüncü qol zamanı ani diqqətsizliyə yol verdik. Bu, oyunun qırılma nöqtəsi oldu. Futbolçularım meydanda bütün güclərini qoydular. Qarşıdakı 2 oyunda qələbə qazanmağa çalışacağıq”.

Həmin kateqoriyadan