Mirbağır İsayev: “Oyun rəqibin üstünlüyü ilə keçdi”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında bu gün keçirilmiş yoxlama oyunundan sonra milli komandamızın baş məşqçisi Mirbağır İsayev fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, komandamızın 1:2 hesablı məğlubiyyətini belə şərh edib:

“Oyun rəqibin üstünlüyü ilə keçdi. Hesabı açmağımıza baxmayaraq, üstünlüyümüzü qoruya bilmədik. Mərkəzdə buraxdığımız səhvlərdən qapımızda qol gördük. Elit mərhələyə bir ay qalıb. Bu cür oyunlar keçirmək bizim üçün vacibdir. Elit mərhələyə qədər ilk 18-liyi müəyyənləşdirməliyik”.

Həmin kateqoriyadan