Mixail Qalaktionov: “Bizi dəvət etdiyi üçün AFFA-ya təşəkkür edirəm”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında bu gün keçirilmiş yoxlama oyunundan sonra rəqib komandanın baş məşqçisi Mixail Qalaktionov fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:

“Bizi dəvət etdiyi üçün AFFA-ya təşəkkür edirəm. Hər şey yüksək səviyyədə təşkil edilib. Çox maraqlı oyun keçdi. Daha əvvəl də qarşılaşmışıq. Meydanda yaxşı rəqib gördük. İnanıram ki, növbəti oyun da gərgin və maraqlı keçəcək. Komandaların yaxşı potensialı var”.

Həmin kateqoriyadan