Namiq Ələsgərovun bütün xərclərini AFFA öz üzərinə götürüb

Malta ilə oyunda dizindən zədə alan milli yığma komandamızın yarımmüdafiəçisi Namiq Ələsgərovun yalnız 6 aydan sonra yaşıl meydançaya qayıdacağını xəbər vermişdik. Allsport.az xəbər verir ki, futbolçumuzun bütün müalicə xərclərini AFFA öz üzərinə götürüb.

Bu barədə qurumun sosial şəbəkələrdən birindəki rəsmi səhifəsi məlumat yayıb. Bu isə o deməkdir ki, “Qarabağ”a məxsus yarımmüdafiəçiyə görə Ağdam klubunun xərci çıxmayacaq. Sadəcə, sözügedən komanda bu müddət ərzində futbolçusunun xidmətindən məhrum olacaq.

Həmin kateqoriyadan