Nazarov ehtiyatda qaldı, komandası qalib gəldi

Almaniya ikinci Bundesliqasında 21-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Heydenheym”lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:0 hesablı qələbəsiylə başa çatıb. Nazarov bu görüşdə meydana çıxmayıb. O, matçı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Karlsrue” hazırda 37 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan