YENİLƏNİB
“Neftçi” ərəblərə 3 qolla qalib gəldi

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi Səudiyyə Ərəbistanının “Hajer” klubu ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 17:00-da başlayan oyunda Azərbaycan klubu inamlı qələbəyə sevinib.

Yoxlama oyunu
14 yanvar

“Neftçi” – “Hajer” – 3:1 (1:0)
Qollar: S.Məsimov, 4 (1:0). R.Əliyev, 50 (2:0). A.Aldosari, 60 (2:1). R.Əliyev, 63 (3:1).

“Neftçi” meydana aşağıdakı heyətlə çıxıb: 30. Saşa Stamenkoviç, 5. Elvin Yunuszadə, 3. Denis Silva, 27. Məqsəd İsayev, 18. Kaue, 19. Mirhüseyn Seyidov, 15. Erik Ramos, 90. Ernest Nfor, 10. Julius Vobay, 21. Samir Məsimov, 22. Rauf Əliyev.

Fasilədə “Neftçi”nin heyətində 9 dəyişiklik edilib. Start heyətində meydana çıxmış futbolçulardan yalnız Məqsəd İsayev və Rauf Əliyev əvəzlənməyib. İkinci hissədə meydana çıxan futbolçular isə bunlar olub: 1. Aqil Məmmədov, 2. Karlos Kardoso, 7. Araz Abdullayev, 9. Flavinyo, 11. Nikolas Kanales, 20. Fəhmin Muradbəyli, 23. Ruslan Qurbanov, 95. Elvin Bədəlov.

Həmin kateqoriyadan