“Neftçi” Araz Abdullayevi yenə cəzalandırdı

“Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev klubun nizam-intizam qaydalarını pozduğuna görə növbəti dəfə cəzalandırılıb. Allsport.az xəbər verir ki, futbolçu ötən gün komandasının oyunöncəsi toplanışına gecikdiyi üçün məşqə buraxılmayıb.

Araz Abdullayevlə bağlı qəti qərar 13-cü turun oyunundan sonra keçiriləcək klubdaxili iclasda veriləcək.

Xatırladaq ki, Araz bir müddət öncə “Sumqayıt”a qarşı oyunda əvəzlənərkən baş məşqçi Arif Əsədovun əlini sıxmadığına görə cəzalandırılmış və əvəzedici heyətə göndərilmişdi. Lakin o, səhvini başa düşdüyünü dediyinə və üzr istədiyinə görə bağışlanmışdı.

Cəza səbəbindən Abdullayev bu gün “Xəzər Lənkəran”la oyunda komandasına kömək edə bilməyəcək.

Həmin kateqoriyadan