“Neftçi” və “Araz”dan qələbə

Bu gün futzal üzrə yüksək liqada 5-ci turun oyunları keçirilib.

Allsport.az xəbər verir ki, “Olimpik Star”da 5 qarşılaşma baş tutub.

İlk 4 turda xal itirməyən “Neftçi” və “Araz” növbəti oyununa çıxıb. “Neftçi” “Baku Fire” ilə, “Araz” isə “Premier”lə qarşılaşmada qələbəyə sevinib.

İddialılar sırasında qərarlaşan EKOL hələ də xal üzü görməyən “Record club”la münasibətlərini aydınlaşdırıb. Yeddi qolluq qarşılaşma EKOL-un çətin qələbəsiylə başa çatıb.

Yüksək liqa, 5-ci tur

31 oktyabr

“Xızı Futzal” – “Yasamal” İSK 6:5
Qollar:
Murtuza Cahandoost, 09:22. Elnur Soltanlı, 13:02; 18:40. Cəlaləddin Tağıyev, 25:44. Cavid Taleb, 39:41; 39:56 – Elgün Abbaslı, 0:31; 06:25. Vüsal Səfərov, 24:36; 26:26. Anar İsayev, 30:49.

Neftçi” İK – “Baku Fire” 9:2
Qollar:
Rüfət Balakişiyev, 12:41; 16:55; 21:54; 36:46. Emil Həsənzadə, 21:13; 22:58; 29:27; 32:33. Tofiq Hüseynov, 33:46 – Renat Sultanov, 29:51. Hüseyn Qarayev, 30:50.

“Premier” (Quba) – “Araz” 0:5
Qollar:
Hadi Ahmadi, 06:45. İsa Atayev, 11:52; 15:39. Tural Cəlilov, 37:43-öz qapısına. Xətai Bağırov, 39:34.

EKOL – “Record club” 4:3
Qollar:
Əsgər Abasov, 08:50; 11:02; 23:00. Fərid Ələkbərov, 26:25 – Vahid Ansari, 22:19. Sabir Hacıəliyev, 34:47. Sina Jamali, 38:52.

“Marafon” – “Bakı” TFK 12:4
Qollar:
Seymur Məmmədov, 02:25; 21:58. Vitali Borisov, 02:40; 03:30; 39:24. Tofiq Mikayılov, 08:17; 35:10. İlkin Hacıyev, 25:38; 37:47. Asif Zeynalov, 28:58. Sadegh Javidtabar, 32:43; 34:25 – Vüsal Buludov, 07:13. Tofiq Mikayılov, 09:40-öz qapısına. Fərid Səmədzadə, 23:40. Elvin Adışırinli, 24:13.

Həmin kateqoriyadan