- Baxış sayı: 44
- 19 İyul 2026 10:16
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0

“Neftçi”nin 4 futbolçusu – Elşən Abdullayev, Məqsəd İsayev, Fəhmin Muradbəyli, Rahil Məmmədov və qapıçılar üzrə məşqçi Ramiz Əhmədov U-21 yığma komandasına cəlb olunub.
Allsport.az saytı xəbər verir ki, mayın 23-24-də Bakı şəhərində təlim-məşq toplanışı keçəcək milli, bu ayın 25-dən iyunun 5-dək hazırlıq prosesini Sloveniyada davam etdirəcək.
Bir neçə gün əvvəl “Neftçi”nin 3 futbolçusu Azərbaycan yığmasına dəvət almışdı. Beləliklə, ümumilikdə əsas komandanın 7 üzvü milli və U-21 yığmasının heyətində çağırılıb.