- Baxış sayı: 52
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
“Neftçi”nin üzvləri – Pilağa Mehdiyev və İbrahim Əliyev Azərbaycanın U-17 milli komandasının heyətində fərqləniblər. Allsport.az saytı xəbər verir ki, futbolçularımız Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirə turnirində Estoniya yığması ilə 9-12 yerlər uğrunda oyunda (3:0) hərəyə bir qol vurublar.
Bu 2 oyunçu ilə yanaşı, “aö-qaralar”ın daha 3 üzvü – Kamran İbrahimov, Bahadur Həziyev və Rəhman Daşdəmirov millinin şərəfini qoruyurlar.