FOTO
“Neftçi”nin məşqçi və rəhbər heyəti əvəzedici komanda ilə görüş keçirdi

“Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov, icraçı direktor Mübariz Xudiyev, baş məşqçi Arif Əsədov və marketinq şöbəsinin rəisi Zaur Mütəllimov əvəzedici komandanın məşqini izləyiblər. Allsport.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Arif Əsədov gənc futbolçuların hazırlığı ilə maraqlanıb.

O, əvəzedici heyətin gənc futbolçuları ilə hər zaman maraqlandıqlarını və özünü yaxşı tərəfdən göstərən hər kəsə əsas komandanın qapısının açıq olduğunu dilə gətirib.

Əvəzedici komandanın baş məşqçisi Samir Əliyev klub rəhbərliyinə təşəkkür edərək, əsas komandaya yeni futbolçuların yetişməsi üçün əlindən gələni edəcəklərinə söz verib.

Həmin kateqoriyadan