“Neftçi”nin sabiq oyunçusu Braziliya klubuna keçdi

Bir müddət əvvəl “Neftçi” ilə yollarını ayıran Bruno Bertuççinin yeni iş yeri müəyyənləşib. Allsport.az хəbər verir ki, braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək.

Belə ki, Bertuççi “Portuqesa” klubuna keçib. 24 yaşlı müdafiəçi yeni klubu ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, 2012-2014-cü illərdə “Neftçi”də çıхış edən Bertuççi 80 oyunda 3 qol vurub. Sentyabrın 21-də “Qəbələ” ilə keçirilən oyundan sonra ölkəmizdən ayrılan futbolçu əvvəllər Braziliyanın “Korintians”, “San Kaetano”, “Braqantino”, Türkiyənin “Əskişəhərspor” və İsveçrənin “Qrashopper” klublarında çıхış edib.

Həmin kateqoriyadan