Nikola Yurçeviç millimizdə 1 milyon avro qazanacaq

Millimizin yeni baş məşqçisi Nikola Yurçeviç AFFA ilə müqaviləni rəsmiləşdirib. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı xoca ilə 1+2 illik anlaşılıb.

Onun maaşı da müəyyənləşdirib. Mütəxəssis 1 il ərzində 1 milyon avro qazanacaq. Bu, Robert Prosineçkiylə anlaşmanın eynidir.

AFFA Yurçeviçin əcnəbi köməkçilərinə əlavə pul ödəməyəcək. Onların əməkhaqqı da bu məbləğə daxildir. Xəbər AFFA-dan futbolinfo.az-a rəsmən təsdiqlənib.

Həmin kateqoriyadan