- Baxış sayı: 131
- 16 Sentyabr 2026 17:38
- Baxış sayı: 86
- Sentyabr 25, 2026
- 0

Qəbələ olimpiya idman kompleksində III MDB oyunlarının stolüstü tennis yarışları davam edir.
Allsport.az xəbər verir ki, ilk yarış gunünün ikinci sessiyasında mübarizəyə qatılan oğlanlardan ibarət komandamız yarımfinalda Özbəkistan seçməsi ilə qarşılaşıb. Onur Quluzadə ilə Adil Əhmədzadənin inamlı qələbələri komandamızı finala yuksəldib. İdmançılarımız sabah keçiriləcək final matçında Rusiya komandası ilə üz-üzə gələcəklər.
Komanda, şəxsi, qoşa və qarışıq – qoşa növləri üzrə keçirilən stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.