FOTO
Oğuz Çətinlə Volkan Dəmirəl “Xəzər Lənkəran”a baş çəkdi

Ötən gün Antalyada “Xəzər Lənkəran” rəhbərliyi ilə klubun keçmiş baş məşqçisi Oğuz Çətin arasında görüş keçirilib. Allsport.az xəbər verir ki, klub prezidenti Mais Mənsimov “Xəzər Lənkəran”da hər kəsin Çətinin gəlişinə sevindiyini və onun komanda üçün doğma şəxs olduğunu vurğulayıb.

Oğuz Çətin isə “Xəzər Lənkəran”ı ziyarət etməkdən məmnunluq hissi duyduğunu bildirib.

Qeyd edək ki, görüşə həmçinin Türkiyə yığmasının və “Fənərbağça”nın qapıçısı Volkan Dəmirəl də qatılıb. Rəhbərliklə görüşdən sonra Oğuz Çətin komandanın futbolçuları ilə də görüşüb.

Həmin kateqoriyadan