Ölkə başçısı idman sahəsində çalışan bir qrup vəzifəli şəxsi təltif edib

İlham Əliyev gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edib. Allsport.az saytı xəbər verir ki, sərəncama əsasən gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə gənclər və idman naziri Azad Rəhimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Bundan savayı, onun müavinləri İntiqam Babayev və İsmayıl İsmayılov 2-ci dərəcəli, Fərhad Hacıyev və nazirliyin aparat rəhbəri Rüfət Həsənov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif ediliblər.

Həmçinin 4 nəfər “Tərəqqi”, 23 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medallarına layiq görülüb.

Həmin kateqoriyadan