Peyntbol federasiyası mövsümü açıq elan etdi

Ötən il olduğu kimi bu il də Peyntbol federasiyaı yalnız dövlət orqanları, hüquq – mühafizə orqanları, və silahlı qüvvələrlə peyntbol idman növü üzrə əməkdaşlıq edəcək. Allsport.az xəbər verir ki, gənclərin hərbi vətənpərvərlik sahəsində formalaşdırlması məqəsdi ilə APF öz fəaliyyətini Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, dövlət orqanları, hüquq mühafizə orqanları, silahlı qüvvələrlə kordinasiya formasında həyata keçirəcək.

GİN və federasiya tərəfindən tanınmayan, kommersiya məqsədi ilə fəaliyyət göstərən, heç bir peyntbol zonaları ilə bu il də əməkdaşlıq edilməyəcək. Gənclər və İdman Nazirliyi və o cümlədən Federasiya ilə fəaliyyəti razılaşdırılmayan kommersiya tipli peyntbol zonalarının fəaliyyəti tərəfimizdən təqdir edilmir və dəstəklənmir. Federasiya Gənclər və İdman Nazirliyi və o cümlədən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təsdiq edilmiş rəsmi təqvim planına əsasən fəaliyyətini dövlət orqanları ilə kordinasiya şəkilində quracaq.

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən heç bir peyntbol zonası Azərbaycan Respublikası Peyntbol Federasiaysının adından istifadə edə bilməz, Federasiyanın bayrağını ərazisində asa bilməz, Federasiyanın adından danışa bilməz. Heç bir peyntbol zonasına Federasiya tərəfindən heç bir status verilməmişdir. Klubların rəsmi fəaliyyəti yalnız və yalnız qanunvericlikdə nəzərdə tutulmuş qaydada Gənclər və İdman Nazirliyi və Federasiya tərəfindən razılaşdırldığı halda mükündür.

Peyntbol idman növü üzrə istənilən tədbirin keçirlməsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Peyntbol Federasiyaı tərəfindən birgə razılaşdırlaraq qəbul edilmiş və rəsmən təsdiqlənmiş rəsmi əsasnamə əsasında mümkündür. Peyntbol zonaları tərəfindən hər hansı bir tədbirlərin keçirilməsini Federasiya qadağan edir və bu sahədə ictimaiyyətin də mövqeyinə etimad ifadə edir. Eyni zamanda hazırda fərdi şəxslər tərəfindən kommersiya məqəsdi ilə fəaliyyət göstərən və federasiya tərəfindən tanınmayan bütün peyntbol zonalarına fəaliyyətlərini ərazi üzrə müvafiq hüquq-mühafizə orqanları ilə əlaqələndirmək tövsiyyə olunur.

Həmin kateqoriyadan