YENİLƏNİB
“Gəmiçilər” büdrədi, “atlılar” uduzdu, “Neftçi” sevindi

Bu gün Topaz Premyer Liqasında 16-cı yekun vurulub. Allsport.az xəbər verir ki, son oyun günündə 3 görüş baş tutub.

Çempionatın autsayderi “Bakı” “Xəzər Lənkəran”la üz-üzə gəlib. Qarşılaşmada qapılara qol vurulmayıb. Son ölkə çempionu “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olub. Ağdam klubu hesabı açan tərəf olsa da, qəbələlilər sonda əzmkar qələbəyə seviniblər. Nəhayət, turun qapanış matçında “Neftçi” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. 5 qolluq qarşılaşmanın qalibi “ağ-qaralar” olub.

Topaz Premyer Liqası
16-cı tur
14 dekabr (bazar)

“Bakı” – “Xəzər Lənkəran” 0:0 (0:0)
Hakimlər: Vüsal V. Əliyev, Namiq Hüseynov, Coşqun Həsənov, Elvin Əsgərov.
“Bakı” FK-nın Təlim-Məşq Bazasının stadionu.

“Bakı”: 1. Aqil Məmmədov, 19. Eltun Hüseynov, 21. Elşad Manafov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 56. Qeyrət Əliyev, 30. Cəmşid Məhərrəmov (k), 7. Nuran Qurbanov, 85. Jaba, 10. Nurlan Novruzov, 11. Tural Qürbətov.
Ehtiyat oyunçular: 26. Davud Əsgərov, 20. Valeh Seyidov, 4. Ülvi Süleymanov, 45. Mahir Mədətov, 37. Mikayıl Rəhimov, 17. Elmin Əsgərli, 2. Nicat Əsgərov.
Baş məşqçi: İbrahim Uzunca.
“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 10. Elnur Abdullayev (k), 13. Aleksandr Şemonayev, 18. Tural Cəlilov, 55. Ağabala Ramazanov, 63. Alfred Sanko.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 17. Kazım Kazımlı, 22. Əfran İsmayılov, 28. Fernando Qabriel, 70. Elşən Rzazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Baş məşqçi: Oğuz Çətin.

“Qəbələ” – “Qarabağ” 2:1 (0:1)
Qollar: N.Ələsgərov, 22 (0:1). B.Soltanov, 46 (1:1). Dodo, 60 (2:1).
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Rəhim Həsənov.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov, 5. Sadiq Quliyev, 8. Markus Vidal, 10. Dodo, 15. Ruslan Abışov, 25. Adrian Ropotan, 27. Bəxtiyar Soltanov, 34. Urfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 11. Andrey Kristya, 12. Aleksandru Benqa, 13. Murad Musayev, 16. Ruslan Tağızadə, 21. Yazalde Pinto, 99. Tellur Mütəllimov.
Məşqçi: Sənan Qurbanov.
“Qarabağ”: 13. İbrahim Şehiç, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 24. Admir Teli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 33. Şəhriyar Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.

“Neftçi” – “Sumqayıt” 3:2 (0:1)
Qollar: O.Əliyev, 34 (0:1). R.Qurbanov, 51 (1:1). A.Abdullayev, 56 (2:1). O.Əliyev, 63 (2:2). R.Qurbanov, 73 (3:2).
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramil Əhmədov.
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 11. Nikolas Kanales, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 28. Emin Mehtiyev, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 12. Pavel Doroşev, 3. Denis Silva, 17. Nicat Qurbanov, 18. Kaue da Silva, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.
“Sumqayıt”: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 11. Kiyan Sultanpur, 17. Ramazan Abbasov, 77. Təvəkkül Məmmədov, 86. Fərid Quliyev, 96. Budaq Nəsirov.
Baş məşqçi: Aqil Məmmədov.

Turun digər oyununda “Simurq”la “İnter” heç-heçə qeydə alınıb – 1:1.

Bombardirlər:
8 – Mikel Alvaro (“İnter”).
6 – Nurlan Novruzov (“Bakı”), Məhəmməd Qurbanov (“Sumqayıt”), Draqan Çeran (“Simurq”).

Həmin kateqoriyadan