Prosineçki “Trabzonspor”a gedir?

Türkiyə mətbuatı Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə bağlı maraqlı iddia ortaya atıb. Allsport.az xəbər verir ki, qardağ ölkədən olan həmkarlarımız xorvatiyalı mütəxəssisin yığmamızı tərk edəcəyini yazıb.

Mənbədə bildirilir ki, Prosineçkini Azərbaycana gətirən menecer onu indi də Türkiyə Super Liqasına aparır. Onlar xorvatiyalının hazırda gürcüstanlı çalışdırıcıi Şota Alveradze ilə yaxşı günlər yaşamayan və üs-üstə xallar itirən “Trabzonspor”a baş məşqçi keçəcəyini deyib. Sözügedən ölkənin mediası hətta trabzonlu rəsmilərin Prosineçki ilə görüşüb, bu barədə müzakirələr apardıqlarını da yazıb.

Qeyd edək ki, Prosineçki yığmamızdan əvvən Türkiyənin “Kayserispor” klubunda baş məşqçi işləyib.

Həmin kateqoriyadan