“Qəbələ” ilə gücünü yoxlayacaq

Yeni mövsümə hazırlığını davam etdirən “Sabah”, yoxlama oyununda qüvvəsini sınayacaq.

Allsport.az saytı xəbər verir ki, “göy-ağlar” digər premyer-liqa təmsilçisi “Qəbələ” ilə üz-üzə gələcək. Görüş avqustun 7-də saat 19:00-da “Bank respublika arena”da olacaq.

“Sabah” mövsümlərarası fasilədə “Zirə” (0:0), “Keşlə” (1:2), “Şukura” (1:0), “Samqurali” (0:1), “Telavi” (1:3) və “Saburtalo” (1:1) klubları ilə sınaq oyunları keçirib.

Həmin kateqoriyadan