“Qəbələ” Roman Qriqorçuku gətirdi

Bu gün Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində Qəbələdə bu şəhərin eyniadlı komandası “Qarabağ”la qarşılaşdı. Allsport.az xəbər verir ki, bu oyunu izləyənlər arasında ukraynalı mütəxəssis Roman Qriqorçuk da olub.

49 yaşlı məşqçi “Çernomorets”dən ayrıldığı üçün hazırda işsizdir. İstisna deyil ki, Dorinel Muntyanunun istefasından sonra “Qəbələ”ni məhz Qriqorçuk çalışdırsın.

Ukrayna mətbuatının yazdığına görə, Qriqorçuka “Metallist”dən də təklif var.

Qeyd edək ki, Qriqorçuk karyerası ərzində Latviyanın “Dinaburq” və “Ventspils”, eləcə də Ukraynanın “Metallurq” (Zaporojye) və “Çernomorets” klublarını da çalışdırıb. (azerisport.az)

Həmin kateqoriyadan