FOTO
“Qəbələ” üç əskiklə məşq edir

2014/15 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 2-ci gününü 2 məşqlə yekunlaşdırıb. Allsport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə komanda toplu və topsuz çalışmalar, müxtəlif fiziki təmrinlər yerinə yetirib.

Günün birinci yarısında reallaşan məşq prosesinə trenajor zalında başlayan komanda güc çalışmalarına üstünlük verib. Ardınca isə “qırmızı-qaralar” hazırlığı meydançada davam etdiriblər. Günün ikinci yarısında isə komanda əsasən toplu çalışmalara və taktiki tapşırıqlara diqqət ayırıb. Kamran Ağayev xəstəlik, Pavol Farkaş və Ekiqo Ehiosun isə zədə səbəbindən məşq prosesində iştirak etməyib.

Həmin kateqoriyadan