YENİLƏNiB
“Qəbələ” 3 qol vurdu, qələbə qazana bilmədi

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, Roman Qriqorçukun komandası Türkmənistan çempionatının yüksək liqasında mübarizə aparan “Altın Asır”la (Qızıl əsr) qarşılaşıb.

Oyun bol qollu alınıb. 6 qolun vurulduğu qarşılaşmada qələbə qazanan olmayıb. “Qəbələ”nin qollarını dubla imza atan Ruslan Fomin və Cavid Hüseynov vurub.

Qeyd edək ki, “Qəbələ” bundan öncə Antalyada PSV-nin (Hollandiya) ikinci komandası ilə qolsuz heç-heçə edib, Türkiyə “Əskişəhərspor”una 1:3, Rusiya “Kuban”ına 0:2 hesabı ilə uduzub. Roman Qriqorçukun yetirmələri “Vorskla”nı (Ukrayna) 2:1, “Adanaspor”u (Türkiyə) 3:2, “Haladaş”ı (Macarıstan) 2:0 hesabı ilə məğlub edib.

Yoxlama oyunu
27 yanvar

“Qəbələ” – “Altın əsr” – 3:3

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 7. Ruslan Əmircanov, 44. Rafael Santos, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə, 4. Elvin Camalov, 19. Aleksey Qay, 14. Cavid Hüseynov, 32. Mixail Sivakov, 27. Bəxtiyar Soltanov, 18. Ruslan Fomin.

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 1. Kamran Ağayev, 9. Viktor Mendi, 5. Sadiq Quliyev, 25. Adrian Ropotan, 34. Ürfan Abbasov, 6. Rəşad Sadiqov, 90. Ekiqo Ehiosun, 12. Aleksandru Benqa, 17. Qismət Əliyev, 99. Tellur Mütəllimov, 23. Emin Zamanov, 87. Bəhlul Mustafazadə,13. Murad Musayev.

 

Həmin kateqoriyadan