“Qəbələ”nin yeni futbolçuları hansı nömrə ilə çıxış edəcəklər?

“Qəbələ”nin qış fasiləsində heyətinə qatdığı futbolçuların – Rəşad Sadiqov və Aleksey Qayın neçə nömrəli futbolka ilə çıxış edəcəkləri müəyyənləşib. Allsport.az xəbər verir ki, Sadiqov 6, Qay isə 19 nömrəli formanı tərlədəcək.

Bəs görəsən, niyə məhz bu nömrələr? Gəlin futbolçuları dinləyək:

Rəşad Sadiqov: “Uşaqlıqdan 6 nömrəli futbolka ilə çıxış etmişəm. Mənə düşərli olduğunu düşünürəm. Bundan öncə şərəfini qoruduğum komandalarda da bu nömrəni daşımışam”.

Aleksey Qay: “19 rəqəmi mənim üçün uğurlu rəqəmdir. Futbolçu karyeramın ən uğurlu illərini yaşadığım klubda – “Şaxtyor”da bu nömrə ilə çıxış etmişəm. Məhz bu nömrə ilə böyük futbola başlamışam. Bundan əlavə qızım 19 noyabr 2004-cü ildə dünyaya göz açıb. Yəni 19-un həyatımda önəmi böyükdür”.

Həmin kateqoriyadan