- Baxış sayı: 166
- 05 Avqust 2026 14:23
- Baxış sayı: 166
- Avqust 05, 2026
- 0
“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, “İnter”lə Topaz Premyer Liqasının 27-ci turunda keçiriləcək ev oyununun vaxtının və yerinin dəyişdirilməsini xahiş edib. Allsport.az xəbər verir ki, buna səbəb Tofiq Bəhramov adına Respublika stadionunda dövlət əhəmiyyətli tədbirlərin keçirilməsidir.
PFL yuxarıda göstərilənləri nəzərə alaraq, oyunu 1 aprel tarixindən 2 aprel tarixinə keçirib. Qarşılaşma saat 18:00-da “Bakcell Arena”da başlanacaq.