- Baxış sayı: 168
- 05 Avqust 2026 14:23
- Baxış sayı: 168
- Avqust 05, 2026
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Bakı” – “İnter” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
AzAL – “Sumqayıt” matçında AzAL-ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Simurq” – “Qarabağ” matçının 45-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Şəhriyar Əliyev meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.