YENİLƏNİB
“Qarabağ” son sınağında rumınlarla bərabərə qaldı

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sonuncu yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, Qurban Qurbanovun komandası Ruminiya təmsilçisi “Tarqu-Mureş”lə qarşılaşıb.

Bakı vaxtıyla 19:30-da start götürən görüşdə hesab açılmayıb. Beləcə, son Azərbaycan çempionu son oyununda sülhə razılaşıb. Bu matçla Antalya toplanışını başa vuran Ağdam klubu sabah Bakıya dönəcək.

Qeyd edək ki, “Qarabağ” bundan əvvəlki oyunlarında Xorvatiyanın “Split” klubuna 1:3, Bolqarıstan “Levski”sinə 0:3 hesabıyla uduzub, İsveçrə “Sürix”i (1:1) və Rusiya “Mordoviya”sı ilə (0:0) sülh bağlayıb, Polşa “Legiya”sına 2:0 hesabıyla qalib gəlib.

Yoxlama oyunu
31 yanvar

“Qarabağ” – “Tarqu-Mureş” – 0:0 

 

 

Həmin kateqoriyadan