“Qarabağ”ın yeni transferi sabah gəlir

Xəbər verdiyimiz kimi, “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirir. Allsport.az xəbər verir ki, artıq bu məlumatı klubun direktoru Əmrah Çəlikəl də təsdiqləyib.

Onun qol.az saytına açıqlamasına görə, ispaniyalı hücumçu Dani Kintana müqavilə imzalamaq üçün sabah Bakıya gələcək:

“Kintana azad transfer hüququna sahibdir. O, bizim təklif etdiyimiz şərtlərlə razılaşdığı üçün Bakıya gəlir. Biz hər bir futbolçu ilə ən azı üç illik müqavilə imzalayırıq. Kuintananı da qarşıdakı üç ildə heyətimizdə görmək istəyirik”.

Çəlikəl eyni zamanda bildirib ki, Kintana bu mövsüm “Qarabağ”da rəsmi oyuna çıxa bilməyəcək: “Bu futbolçu cari mövsüm iki klubda çıxış edib. Ona görə də üçüncü klubda oynamsı mümkün deyil”.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm Polşanın “Yagelloniya” və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edib. 2013/2014 mövsümündə “Yagelloniya”da 20 qol vuran hücumçu, “Əl-Əhli”də bir dəfə fərqlənə bilib.

Həmin kateqoriyadan