- Baxış sayı: 81
- 04 May 2026 22:56
- Baxış sayı: 318
- May 07, 2026
- 0

“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Gərgin oyun alındı. Biz qol epizodları yaratsaq da, bundan istifadə edə bilmədik. Rəqibin standart vəziyyətdən vurduğu bir qol oyunun nəticəsini müəyyənləşdirdi. Rəqib qol vurduqdan sonra açıq futbol sərgilədik. Amma yenə istədiklərimizi həyata keçirə bilmədik”.